Türkmənistan XİN Azərbaycan səfirliyinə hücumu pislədi

Gündəm / Sosial
28-01-2023, 18:06
Türkmənistan XİN Azərbaycan səfirliyinə hücumu pislədi

Türkmənistan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

Bu barədə Türkmənistan XİN-in məlumatında deyilir.

"Türkmənistan diplomatik nümayəndəliklərə hücumların və diplomatik missiyaların əməkdaşlarına qarşı hər hansı zorakılığın yolverilməz olduğunu bəyan edir”, - məlumatda qeyd edilib.

Türkmənistan XİN həlak olanın ailəsinə başsağlığı verib, həmçinin Azərbaycanın İrandakı səfirliyinin xəsarət almış əməkdaşlarına şəfa diləyib.