İranda qadınların kişi futbol oyunlarında iştirakına icazə veriləcək

Gündəm / Dünya
25-01-2023, 08:36
İranda qadınların kişi futbol oyunlarında iştirakına icazə veriləcək

İran hakimiyyəti iranlı qadınların kişi komandalarının iştirakı ilə keçirilən futbol matçlarında iştirak etmək istəyini nəzərə alacaq.

Bu barədə İran Futbol Federasiyasının sədr müavini Mənsur Qənbərzadə məlumat verib.

"Futbol Federasiyası ölkəmizin qadınlarının bu ədalətli arzusunun yaxın gələcəkdə reallaşması üçün bütün səylərini əsirgəməyəcək”, - deyə o bildirib.

Federasiya rəsmisi qadınların stadionlarda olmasının FIFA-nın tələbi olduğunu vurğulayıb.

"Bu tələbin qadın hüquqlarına aid olduğunu nəzərə alaraq, federasiya yaxın vaxtlarda qadınların stadionlarda olmasına icazə verməyə hazırdır”, - Qənbərzadə bəyan edib.

Qeyd edək ki, 1979-cu ildə İran İslam İnqilabından sonra qadınlar kişilərin oynadığı futbol matçlarında sərbəst iştirak edə bilmirlər.

Mənbə: gazeta.ru