Ümid edirik ki, Afrika ölkələri Ukraynadakı vəziyyəti nəzərə alacaq - Lavrov

Gündəm / Dünya
24-01-2023, 14:42
Ümid edirik ki, Afrika ölkələri Ukraynadakı vəziyyəti nəzərə alacaq - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Afrika turnesi çərçivəsində Esvatini krallığına səfər edib.

Xeberekspress.az TASS-a istinadən xəbər verir ki, səfər zamanı Lavrov həmkarı Txuli Dladla ilə görüşüb. Tərəflər birgə mətbuat konfransı keçiriblər.

Rusiya XİN başçısı Afrika ölkələrinin Qərblə münasibətlərində Ukraynadakı vəziyyəti nəzərə almalarının vacib olduğunu vurğulayıb.

"Rusiya Federasiyası Qərblə təmasda olan Afrika İttifaqı ölkələrinin Ukrayna münaqişəsindəki real vəziyyəti nəzərə alacağını gözləyir", - deyə o söyləyib.