Parlamentə banklarla bağlı paketin gəlməsi gözlənilir

Gündəm / Sosial
24-01-2023, 13:35
Parlamentə banklarla bağlı paketin gəlməsi gözlənilir

"2022-ci ildə 20 milyardlıq kredit borcları vardı. Vaxtı keçmiş kreditlərin məbləği təxminən 600 milyona yaxındır ki, bu da 3 faiz həcmindədir".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.

"Düşünürəm ki, hazırda Azərbaycanda vaxtı keçmiş kreditlərlə bağlı mənzərə o qədər də pis deyil. Yaxın vaxtlarda parlamentə banklarla bağlı ayrıca bir paketin gəlməsi gözlənilir”, - deyə komitə sədri vurğulayıb.