AFFA onları futboldan ömürlük kənarlaşdırdı

Gündəm / İdman
19-01-2023, 16:58
AFFA onları futboldan ömürlük kənarlaşdırdı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Bu barədə qurumun saytında məlumat dərc olunub.

Məlumata görə, 2 futbolçu futboldan ömürlük kənarlaşdırılıb. Bunlar MOİK-in üzvləri Fərmayıl Əliyev və Emin Mehtiyevdir. Onlar danışılmış oyunlarda iştiraka görə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.

Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verə bilərlər.

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Emin Mehtiyev "Abşeron", "Sumqayıt", "Səbail", "Qaradağ Lökbatan", "Keşlə" klublarının, həmçinin Türkiyədə "Niksar Bələdiyyəspor"un formasını geyinib. Fərmayıl Əliyev isə "Turan"ın yetirməsidir. O, müxtəlif vaxtlarda "Şərurspor" və "Neftçi" komandalarının da şərəfini qoruyub.