Siyasi iradə nümunəsi

Gündəm / Sosial
19-01-2023, 11:33

Siyasi iradə nümunəsi

1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev böyük cəsarətlə qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi.
 
Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Faciəni törətməkdə əsas məqsəd Azərbaycanda xalq hərəkatına zərbə vurmaq,mövcud olan rejimin dağılmasına yol verməmək və istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək idi.Lakin buna nail ola bilmədilər.20 Yanvar hadisələrindən sonra dünya daha bir gerçəkliyin şahidi oldu.
Bu gün artıq Xalqımız, Dövlətimiz əmin əllərdə və ictimai-siyasi sabitliklə idarə olunur.Dünyanın siyasi arenasında Ali Baş Komandan,Prezident İlham Əliyev xarizması tarixin hazırkı mərhələsində Azərbaycanın siyasi iradəsinin gücü ilə siyasi nəzəriyyəçilərə yenidən düşünməyin zəruri olduğunu anlatmış oldu.Artıq demək olar ki, Azərbaycanın yaratdığı reallıqların hazırkı dünya nizamında sabitlik və inkişaf ücün real və analoqsuz model olduğunu heç kimsə inkar edə bilməz! Əslində, Prezident İlham Əliyevin postmüharibə dövründə Azərbaycanın iradəsini ifadə edən yeni reallıqların beynəlxalq aləm üçün əhəmiyyətini şərh edən nəzəri praktiki baxışlar sistemi məsələdə əlavə suala yer qoymamışdır.
Deməli, Prezident İlham Əliyevin siyasi iradəsi cəmiyyətin tərəqqisi naminə siyasi peşəkarlığın elmi əsaslarına dair yeni müasir nəzəriyyəyə sahibdir.Bu isə ölkəmizdə siyasi iradənin ən gözəl nümunəsidir.
Sonda xüsusi vurğulamaq istədiyim bir məqam var,bu faciə xalqımızın yaddaşına qanla yazılan səhifələrdəndir.Hətta deyərdim ki,20 Yanvar təkcə Azərbaycan xalqının deyil, bəşəriyyətin ən qanlı səhifələrindən biri,insanlığa qarşı qatı cinayətdir.Daimi olaraq unudulmayacaqdır!

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

YAP Saatlı rayonu
15 saylı ƏPT-nın sədri        
Vüqar MƏMMƏDOV.