Psixiatrik xəstəxanadan qayıdan şəxs əmisini ona "dəli" dediyinə görə bıçaqlayıb

Gündəm / Hadisə
18-01-2023, 10:14
Psixiatrik xəstəxanadan qayıdan şəxs əmisini ona "dəli" dediyinə görə bıçaqlayıb

Psixiatrik xəstəxanada müalicə alaraq evlərinə qayıdan şəxs əmisini ona "dəli" dediyinə görə bıçaqlayıb.

S.S. Respublika Psixiatrik xəstəxanasında müalicə kursunu bitirib yaşadığı Saatlı rayonuna qayıdıb.

Əmisi Cəmaləddin Səmədov ona "dəli" deyib. Bu zaman S.S. əsəbiləşərək cibində olan bıçaqla əmisinin bədən nahiyyəsinə iki dəfə vurmaqla sağlamlığına ağır zərər vurub.

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az