Maşın kanala aşıb, sürücü xəsarət alıb

Gündəm / Hadisə
18-01-2023, 08:24
Maşın kanala aşıb, sürücü xəsarət alıb

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Xeberekspress.az APA-ya istinadən bildirir ki, hərəkətdə olan "VAZ" markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı kanala aşıb.

Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.