Azərbaycanlı oliqarxlar Yeni ilə bu OTELLƏRDƏ girəcək - ŞOK qiymətlər – Video

Gündəm / Video
7-12-2022, 19:55
Azərbaycanlı oliqarxlar Yeni ilə bu OTELLƏRDƏ girəcək - ŞOK qiymətlər – Video

Yeni il bayramı ilə əlaqədar həm yerli, həm də əcnəbi turistlərin istirahətini gözəl dəyərləndirməsi üçün turizm sektorunda da xüsusi hazırlıqlar görülür. Təsadüfi deyil ki, Yeni ili Azərbaycanda keçirmək istəyənlər daha çox paytaxtda və digər bölgələrimizdəki otellərə üz tuturlar. Sizə də faydalı olacağını düşünərək, Müsavat TV olaraq bu il Bakıda və digər rayonlarda fəaliyyət göstərən bir neçə hotelin qiymətlərini araşdırdıq. Qeyd edək ki, qiymətlər səhər yeməyi, otağın standart və ya lüks olması və şou proqramlardan asılı olaraq dəyişir. Telefon danışıqları zamanı bu il Yeni il şənliyi təşkil edilən otellərin bir çoxunda yerlərin daha öncədən bron edildiyi deyildi. İlk olaraq paytaxtın ən məşhur otellərindən biri Four seasons otellə əlaq saxladıq. Otelin iki nəfər üçün bir bir gecə üçün qiymətləri isə dodaq uçuqlatdı.
Əlaqə saxladığımız digər otel isə Hilton Baku oldu. Burda qiymətlər otaqların standart və ya lüks olması və eyvan mənzərəsinə görə dəyişir.

Regionlarda qiymətlər paytaxta nisbətən daha yüksəkdir. Buna səbəb Bakıda qonaqlama yerlərinin daha çox olması, həm də bayram günlərində vətəndaşların kütləvi şəkildə rayonlara axın etməsi ilə əlaqədardır. Hətta bölgələrdəki otellərdə gecələmə minimum 2 və ya 3 gecədən başlayır.

İndi isə ayrı-ayrı hotellərdəki bayram qiymətləri ilə tanış olaq.

Four Seasons Hotel Baku - 1 gecəsi 1164.90 manatdır. Bura bayram yeməyi daxil olsa da, şou proqram daxil deyil.
Hilton Baku Hotel - standard otağın bir gecəsi 489 manat təşkil edir.

Delux otaq 558 manat təşkil edir. Bura yalnız səhər yeməyi daxildir.

Junior Suitedə bir gecəlik qiymət isə 692 manatdır. Bura da səhər yeməyi daxil osa da, şou proqram aid edilmir.
Qafqaz Resort Hotel - minimum 2 gecə koteclər 1466 AZN, otaq qiyməti 1285 AZN,. Səhər yeməyi və şou proqram qiymətə daxildir.

Şahdağ Mountain Resort - minimum 3 gece qidalanma və şou proqram daxil 1710 AZN

Şamaxı palace - minimum 2 gecə qidalanma və şou proqram daxil 1400 AZN

Telefon danışıqlarından sonra otellərin bayram günü üçün od tutub yanan qiymətləri bizi qışın şaxtasından daha çox üşütdü. Deməli hər il olduğu kimi, bu il də qışın dondurucu soyuğunda əl yandıran qiymətlərlə isinməli olacağıq. Tək təsəllimiz odur ki, əsas ürəyimiz isti olsun.