Xameneinin bacısı SEPAH-ı etirazçılara qoşulmağa çağırdı

Gündəm / Dünya
7-12-2022, 18:11
Xameneinin bacısı SEPAH-ı etirazçılara qoşulmağa çağırdı

İran İslam Respublikasının dini Ali Rəhbəri Əli Xameneinin bacısı Bədri Hüseyni Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) ölkədəki etirazçıların tərəfinə keçməyə çağırıb.

Bu bsrədə o oğlunun "Twitter" hesabında açıq məktubunda yazıb.

"Mən öz mövqeyimi qardaşımın mövqeyindən ayırıram", - o yazıb. 

Məktubda Hüseyni Xamenei həmçinin İran rejiminin SEPAH muzdlularına çağırış edib və təşkilatı çox gec olmadan mümkün qədər tez silahı yerə qoymağa çağırıb.