Sülhməramlılar yenə jurnalistlərə mane olmaq istədi

Gündəm / Siyasət
7-12-2022, 12:19
 
Sülhməramlılar yenə jurnalistlərə mane olmaq istədi

Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq bu gün Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirəcək.

Monitorinq qrupunun Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutacaq.

Bu məqsədlə Xocalıya yola düşən İctimai TV-nin əməkdaşı ilə sülhməramlılar arasında mübahisə düşüb.

İTV-nin Xəbərlər Departamentinin direktoru Fikrət Dolukhanovun sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkov Azərbaycan mediasına Azərbaycan ərazilərinə keçməyə maneə törədib. O, daha sonra sülhməramlıların onların keçidinə mane olmaq istədiklərini bildirib.

Hadisə yerindən videoreportajı təqdim edirik:

Xatırladaq ki, sülhməramlıların iştirakı ilə analoji hadisə bir neçə gün öncə də yaşanmışdı.