Zelenski ilin adamı seçildi

Gündəm / Dünya
5-12-2022, 14:26
Zelenski ilin adamı seçildi
Britaniyanın "Financial Times" nəşri Ukrayna prezidenti Volodimir Zelenskini ilin adamı seçib. 

Nəşr Ukrayna liderini Rusiya təcavüzünə qarşı mübarizədə Ukrayna xalqının cəsarət və dözümlülüyünün təcəssümü adlandırıb. 

"Ukrayna prezidenti bu əsrin gedişatını müəyyən edə biləcək avtoritarizmlə qlobal mübarizədə demokratik dünyanın flaqmanı oldu", - məlumatda deyilir. 

Məhz bu səbəblərə görə "Financial Times" Zelenskini ilin adamı seçib.