İrana məxsus yük maşını Zəngəzurda aşdı
Gündəm / Dünya
5-12-2022, 09:12

Dekabrın 3-də Zəngəzur bölgəsində İrana məxsus yük maşını aşıb.
Bu barədə Ermənistanın "Shamshyan" saytı məlumat yayıb.
Bildirilib ki, İran dövlət nömrə nişanlı bitum daşıyan yük maşını pis hava şəraiti (duman) səbəbindən Qafan-İrəvan yolunun 19-cu kilometrlik hissəsində hərəkət zolağından çıxaraq aşıb.
İlkin məlumata görə, hadisə zamanı insan tələfatı olmayıb.