Vətən keşiyində duran əsgərlərimiz qarşısında silsilə konsert proqramları keçiriləcək.

Gündəm / Video
4-12-2022, 22:15
 

Vətən keşiyində duran əsgərlərimiz qarşısında silsilə konsert proqramları keçiriləcək.

 

Ötən gün 03 dekabr 2022-ci il tarixində əməkdaşımız tele-redaktor, jurnalist Lalə Qəzənfərin təşkilatçılığı ilə  Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" sayli hərbi hissəsində gənc və istedadli müğənnilər Gülnar Ələkbərli və  Nuray Qardaşovun iştiraki ilə  hərbi hissələrimizdə şəxsi heyyətin mənəvi-psixoloji  vəziyyətlərinin yüksəldilməsi məqsədi ilə konsert proqramı keçirildi.  Əsgərlər arasında Vətən Müharibəsi iştirakçıları , Qazilər və Müharibə Veteranları da yer almışdılar. Gənc ifaçıların çıxışları tədbir iştirakçılarının böyük sevinc və ruh yüksəkliklərinə səbəb oldu.
Sonda 'N" saylı Hərbi Hissə rəhbərliyi tərəfindən tədbir  təşkilatçısı və sənət nümayəndələrinə minnətdarlıq bildirilərək Fəxri Fərmanlarla təltif olundular.

Tədbirin təşkilatçısı Lalə Qəzənfər öz növbəsində başda hörmətli Azərbaycan Respublikası Müdafiə Naziri cənab general-polkovnik Zakir Həsənov olmaqla bütün hərbi heyyətə dərin təşəkkürünü bildirdi.

Allah bütün zabit və əsgərlərimizi qorusun!
Allah Şəhidlərimizə rəhmət eləsin