Bu şəhərdə rus imperatorunun heykəlini söküləcək

Gündəm / Dünya
25-11-2022, 09:42
Bu şəhərdə rus imperatorunun heykəlini söküləcək

Odessa hakimiyyəti Rusiya İmperatoru Yekaterinanın şəhərdəki heykəlinin götürülməsi qərarını dəstəkləyib.

Odessa Şəhər Şurası öz rəsmi "Telegram" kanalında "İcraiyyə Komitəsinin üzvləri abidənin sökülməsi və onun Odessanın təsisçilərinə verilməsi haqqında qərar layihəsini dəstəklədilər" mesajı dərc edib.

Təşəbbüs noyabrın 30-da şəhər deputatları tərəfindən səsə qoyulacaq, bundan sonra abidə Yekaterininskaya meydanından "İmperator və Sovet keçmişi parkı”na köçürüləcək.  

Odessa meri Gennadi Truxanov bildirib ki, Odessa sakinlərinin əksəriyyətinin hazırda Rusiyanın zülmünün simvolu kimi görünən abidənin sökülməsinin tərəfdarı olduğunu göstərdikdən sonra o, şəxsən bu planı dəstəkləyib.

Sorğuda şəhərin bir milyona yaxın əhalisinin yalnız 8 min nəfəri iştirak edib.

Ötən aylarda fəallar heykəlin başına qırmızı papaq taxıb, onun əlinə kəndir qoymuşdular.