22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günüdür

Gündəm / Sosial
22-11-2022, 09:53
22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günüdür
Azərbaycan Ədliyyəsi ölkəmizin dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra daha da çiçəklənib .Ümummilli liderimiz Heydər Əliyev rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən məqsədyönlü ,genişmiqyaslı islahatlar həyata keçirilib .Səlahiyyətləri daha da genişləndirilən nazirliyin cəmiyyətdə rolu artıb .Ulu öndərimizin bu sahəyə diqqətinin bariz nümunəsi kimi ədliyyə işçilərinə qeyd edə bilərik .Belə ki,11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü ədliyyə orqanlarında  və məhkəmələrdə böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur.Şanlı Zəfər tariximizdən sonrada Müzəffər Ali baş komandan ölkə Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi ədliyyə orqanlarında da həyata kecirdiyi islahatlar çərçivəsində ədliyyə orqanlarının fəaliyyəti müasirləşdirilir, yeni penitensiar müəssisələr ictimaiyyətə təqdim olunur.
Ədliyyə Naziri Fikrət Məmmədov Azərbaycanda Penitensiar sistemdə islahatlar əsas məsələlərdəndir demiş və bir cox işlər görülmüşdür.Eyni zamanda şəxsən nazir Fikrət Məmmədovun özü mətbuatla yaxşı iş prinsipləri qurub.Bizdə Azərbaycan mətbuatı olaraq 22 noyabr - Ədliyyə işcilərinin   peşə bayramı günü  münasibətilə başda  nazir Fikrət Məmmədov olmaqla ədliyyə nazirinin müavini-Penitensiar xidmetin reisi ədliyyə general -leytenantı Ceyhun Həsənovu, ədliyyə general-mayoru Oqtay Məmmədovu,ədliyyə general-mayoru Orxan Qasımovu, ədliyyə general -mayoru Məhərrəm Qafarovu, ədliyyə-polkovniki Seyidov Mirsalehi, ədliyyə-polkovniki Elnur İsmayılovu, ədliyyə -polkovniki Elgiz İsmayılovu, ədliyyə polkovnik -leytenantı Fizuli İsmayılovu ,ədliyyə polkovnik-leytenantı Vüsal Mahmudovu ve adını çəkə bilmədiyimiz bütün ədliyyə işcilərini peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir,uzun ömür,möhkəm cansağlığı,müsteqil Azərbaycanımızın tərəqqisi naminə çətin və şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq...