Rusiyada partlayışda ölənlərin sayı artdı - Yenilənib

Gündəm / Dünya
19-11-2022, 11:15
Rusiyada partlayışda ölənlərin sayı artdı - Yenilənib

08:49

Rusiyanın Saxalin vilayətində beşmərtəbəli yaşayış binasında partlayış baş verib.

Xeberekspress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər həlak olub.

Bundan başqa, partlayış nəticəsində 9 nəfər də xəsarət alıb.

Qeyd edək ki, ilkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Nəticədə beşinci mərtəbədən birinci mərtəbəyə qədər bina çöküb.

10:51

Partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb.

Bu barədə regionun qubernatoru Valeri Limarenko teleqram kanalında bildirib.
Rusiyada partlayışda ölənlərin sayı artdı - Yenilənib