Kadırov "DXR Qəhrəmanı" adına layiq görüldü

Gündəm / Dünya
7-10-2022, 13:33
Kadırov "DXR Qəhrəmanı" adına layiq görüldü

Donetsk Xalq Respublikasının rəhbəri vəzifəsini icra edən Denis Puşilin Qroznıda keçirilən mərasimdə Çeçenistan rəhbəri Ramzan Kadırova "DXR Qəhrəmanı" adı verib.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

"DXR-nin azadlığı, müstəqilliyi və firavanlığı naminə qəhrəmanlıq göstərməsi ilə bağlı Donetsk Xalq Respublikası və onun xalqı qarşısında xidmətlərinə görə Kadırov Ramzan Axmatoviçə Donetsk Xalq Respublikasının Qəhrəmanı adı verilsin,", - deyə Puşlin bildirib. 

Bundan əlavə, Çeçenistan rəhbəri "Mariupolun azad edilməsinə görə” medalı ilə təltif edilib.

Bundan əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putindən Rusiya Qvardiyasının general-polkovniki rütbəsi alıb. 46 yaşlı Çeçenistanın rəhbəri həm də Rusiya Federasiyasının Qəhrəmanı adına və bir çox başqa mükafatlara malikdir.