"Qarabağ erməniləri vətəndaşlarımızdır, onlarla nə vaxt danışacağımızı özümüz bilərik" - Prezident

Gündəm / İqtisadiyyat
6-10-2022, 18:52
"Qarabağ erməniləri vətəndaşlarımızdır, onlarla nə vaxt danışacağımızı özümüz bilərik" - Prezident
"Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik".

Bu sözləri oktyabrın 6-da Praqada "Avropa siyasi birliyi" Zirvə Toplantısında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azadlıq Radiosu" jurnalistinin sualına cavabında bildirib.

"Biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik. Bu, bizim daxili işimizdir. Hər hansı bir ölkə ilə bunu müzakirə etmək fikrində deyilik", - Azərbaycan Prezidenti əlavə edib