Yalının Bakı konsertinin tarixi məlum oldu

Gündəm / Sosial
1-10-2022, 11:10
Yalının Bakı konsertinin tarixi məlum oldu

Türkiyəli məşhur müğənni, bəstəkar Hüseyn Yalın Bakıda konsert verəcək.

Kult.az xəbər verir ki, bu barədə iTicket.az saytı məlumat yayıb.

Məlumata görə, şou-proqram 3 dekabrda Bakı Konqres Mərkəzində keçiriləcək.

Qeyd edək ki, H.Yalının konsertinə biletlərin qiyməti minimum 45, maksimum isə 500 manatdır.