"Ukrayna hələ NATO-ya üzv ola bilməz" - Stoltenberq

Gündəm / Dünya
30-09-2022, 21:35
"Ukrayna hələ NATO-ya üzv ola bilməz" - Stoltenberq

NATO -nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans hələlik Ukraynanı öz sıralarına qəbul edə bilməz.

Bu barədə o, brifinqdə bildirib .

"İndi biz Ukraynanı NATO-ya qəbul edə bilmərik, bu qərar 30 tərəfdaş ölkənin görüşündə qəbul edilir”, - o deyib.

Onun sözlərinə görə, istənilən ölkənin öz yolunu müəyyən etmək hüququ var, NATO-nun qapıları açıqdır, lakin alyans Kiyevə yardıma diqqət yetirəcək .

Daha əvvəl Stoltenberq bildirib ki, alyans DXR, LPR, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya daxil olmasını tanımır və bu hadisə onun Ukraynanı dəstəkləmək əzmini dəyişmir.

Yeddilik (G7) ölkələrinin xarici işlər nazirləri də DXR, LPR, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya daxil olmasını heç vaxt tanımayacaqlarını bəyan ediblər.

Bundan əlavə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) nümayəndələri dörd yeni rayonun Rusiyaya birləşdirilməsini pisləyib və belə bir addımı qanunsuz ilhaq adlandırıblar.