Şəhid ailələrinə xərclənən vəsaitin mənbələri artırılır

Gündəm / Sosial
30-09-2022, 12:08
Şəhid ailələrinə xərclənən vəsaitin mənbələri artırılır

Milli Məclisin bu gün keçirilən iclasında "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişikliklə şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələri artırılır. Layihəyə əsasən, bu mənbələr sırasına dövlət icbari şəxsi sığorta vəsaiti də daxil edilir. İndiyə qədər şəhidlərə və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının büdcəsindən, ayrı-ayrı şəxslərin və müxtəlif təşkilatların, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından ödənilirdi. Məsələ səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.