Ali Baş Komandanına xalqın etibarı və ehtiramı daimidir.

Gündəm / Sosial
28-09-2022, 21:08

Ali Baş Komandanına xalqın etibarı və ehtiramı daimidir.

 


Artıq bir Dövlət,ölkə və Xalq olaraq öz milli Ordumuzla və onun inkişafı, maddi-texniki bazası,müasir silahlarla təminatı ilə və bunun üçün əlindən gələni əsirgəməyən Ali Baş Komandan İlham Əliyevlə fəxr etməliyik.Ordu quruculuğu isə tarixi proses,tarixi bir hadisədir.Qürurla qeyd edirəm ki,bu gün nəinki bölgədə,hətta bütün dünyada ən müasir ordu kimi qəbul olunan Silahlı Qüvvələrimiz Hərbi Hava və Hava Hücumundan Müdafiə,
Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bildiyiniz kimi, bu qoşun növləri bütün gücü ilə,potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq gücündədir.MDB daxilində Azərbaycan, hava hücumun­dan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır.Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqətində olan,büdcəsi ildən-ilə artırılan Silahlı Qüvvələrimizin buna müvafiq olaraq hərbi imkanları -
da genişlənir.Məlumdur ki,Ordumuz döyüş qabiliyyətinə görə erməni hərbi birləşmələrin
dən xeyli güclüdür və üstündür.
Silahlı Qüvvələrimizin texniki təchizatı və kapital qoyuluşunun səviyyəsinə görə də Ermənistanı xeyli qabaqlayırıq.Əgər silah və hərbi texnikanın sayı, miqdarı və keyfiyyəti,maddi-texniki təminat,səfərbərlik hazırlığı, Silahlı Qüvvələrin şəxsi heyətinin psixoloji vəziyyəti və hazırlığı kimi göstəriciləri nəzərə alsaq, o zaman aydın olur ki,mübaliğəsiz Ordumuz regionda ən güclü ordulardan biridir.Bilirik ki,güclü Ordu dövlətin suverenliyini və onun ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvədir.Ona görə də ordu quruculuğu dövlət quruculuğunun tərkib hissələrindən biri kimi hesab olunur.Məhz ulu öndər Heydər Əliyev müstəqil və müasir Azərbaycanı qurarkən,inşa edərkən digər sahələrlə yanaşı Ordu quruculuğunuda unutmadı və öz diqqətində saxladı.Bu gün isə möhtərəm Prezident İlham Əliyevin qətiyyətli komandanlığı ilə Azərbaycanın müdafiə qabiliyyəti möhkəmlənmiş,
ölkənin hərbi-milli maraqlarının təmin edilməsi üçün çox iş görülmüşdür.
Güclü Ordumuz Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə nəinki bölgədə,bütün dünyada hərbi gücünə, döyüş qabiliyyətinə,maddi-texniki təchizata görə ən güclü ordular sırasında olduğunu bir daha təsdiq etdi.Ölkəmiz bundan sonrada hərbi qüdrətini artırmalı və dövlətimiz bunun üçün bütün lazımi tədbirləri görür.Azərbaycan Respublikası-nın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Müstəqil Azərbaycanın son 200 illik tarixində heç bir sərkərdə-nin, rəhbərin edə bilmədiyini mümkün edən,Zəfər xöşbəxliyi-
ni qədirbilən xalqına yaşadan Qətiyyətli Ali Baş Komandan İlham Əliyevə xalqın etibarı və ehtiramı əbədidir.

Vüqar MƏMMƏDOV
Yeni Azərbaycan Partiyası  
 15 saylı ƏPT-n sədri