Müəllim və tələbələr Sumqayıt Kimya Sənaye Parkında olublar.

Gündəm / Sosial
26-09-2022, 14:18

Müəllim və tələbələr Sumqayıt Kimya Sənaye Parkında olublar. 

Millət vəkili Emin Hacıyev, Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Gülşən Ömərova və Sumqayıt Dövlət Universitetinin bir qup müəllim və sonuncu kurs tələbələri Sumqayıt Kimya Sənaye Parkında olublar.

XeberEkspress.az xəbər verir ki, görüşün keçirilməsində məqsəd tələbələrin Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən istehsal müəssisələri ilə tanış edilməsi və gələcəkdə onların işlə təmin edilməsinə köməkliyin göstərilməsidir.

Tələbələrə görüş zamanı İqtisadi Zonaların İnkişafı Agentliyinin rəhbərliyi tərəfindən ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları və aqroparklar barədə ətraflı məlumat verilib, bu barədə təqdimat nümayiş olunub, gənclərin sualları cavablandırılıb.

Peşə Təhsil Mərkəzində İqtisadiyyat Nazirliyinin şəhid əməkdaşı Asəf Nəsibovun xatirəsinə qoyulmuş stend ziyarət edilib, Mərkəzdə yaradılan şərait, dərs prosesi, laboratoriyalar və s. ilə tanış olunub.

Sonda tələbələr Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Azerfloat” QSC-nin Şüşə istehsalı müəssisəsində istehsal prosesi ilə tanış olub və mütəxəssislər tərəfindən yeni texnologiyalarla qurulan istehsal sahələrinin iş prosesi barədə ətraflı məlumatlandırılıblar.

Məlumat üçün qeyd edək ki, növbəti aylarda Peşə Təhsili Müəssisələrinin tələbələrinin ekskursiyası nəzərdə tutulub.

XeberEkspress.az