Meydan və küçə təfəkkürlü radikallar

Gündəm / Sosial
26-09-2022, 00:30
 

Meydan və küçə təfəkkürlü radikallar

 

Adını müxalifət qoyub, radikalizmdən başqa yol tanımayan qüvvələr ölkədə yenə bu gün antiAzərbaycan mövqe nümayiş etdirir. Yersiz və böyük təşviş keçirirlər. Dərin bir narahatlıq içində vurnuxmaları özünü getdikcə daha qabarıq formada büruzə verir. Cəbhədə qarşı tərəfin təxribatını qısa müddətə yatıran qəhrəman ordumuzu alqışlamaq, əks cavab zamanı qəhrəmancasına şəhid olan, ölməz qardaşlarımızı son mənzilə yola salmaq əvəzinə, görülən işlərə müxtəlif donlar geydirməyə səy göstərir və kölgələməyə çalışırlar. Lakin anlamırlar ki, Azərbaycan xalqı artıq ağı-qaradan çox yaxşı ayırır, xarici qüvvələrin təsiri altında olan, onların maliyyə yardımı ilə fəaliyyət göstərən, xalqımızın, dövlətimizin uğurunu görməzdən gələn "siyasətçiləri” yaxşı tanıyır. Artıq bunların illər uzunu müstəqil Azərbaycana qarşı hazırlanan planları və onun icrası daim fiaskoya uğrayır. Bu gün əminliklə qeyd etmək olar ki, ölkəmizdə xalq və iqtidar arasında olan sarsılmaz birlik antiAzərbaycan qüvvələrin istəklərinin əksinə olaraq, bundan sonar daha da möhkəmlənəcəkdir! Radikal müxalifətçilərin fəaliyyətinə nəzər saldıqda isə açıq aydın görünür ki, onlar ölkəmizə qarşı məkirli planlar quran antimilli şəbəkələrin trollarıdırlar. Ona görə də xalqımız radikal müxalifəti qəbul etmir və "beşinci kolon"un dağıdıcı fəaliyyətini çox böyük narazılıqla qarşılayır.
Lakin bu Zəfəri həzm edə bilməyən antiAzərbaycan mövqeyinin təbliği ilə daim aktual olan, mövqesiz, kimliksiz vətəndaşımız hələ də var. Müxalifətçi olmaq olar, Amma dövlətə və xalqa qarşı müxalifətdə dayanmaq olmaz!
Mən bir ziyalı kimi ölkəmizdə dağıdıcı, radikal düşüncəli insanların etdiyi hərəkətləri pisləyirəm və bütövlüklə xalqımızın Ali Baş Komandanın arxasında sıx birləşməyə, onu dəstəkləməyə bir vətəndaş kimi borclu olduğumuzu qeyde dirəm! Radikal müxalifət ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xaricdən aldıqları tapşırıqları yerinə yetirməklə məşğuldur. Səbəb isə son zamanlar həyata keçirilən tədbirləri və ölkəmizin əldə etdiyi uğurları kölgələməkdir. Bu həm təəssüf doğurur, həm də onların əsl simasını göstərir!
 
Vüqar Məmmədov
YAP Saatlı rayon təşkialtı 15 saylı ərazi partiya təşkilatının sədri