“Haber Global”: Ərdoğandan İlham Əliyev və Paşinyan açıqlaması – VİDEO

Gündəm / Siyasət
22-09-2022, 21:07
“Haber Global”: Ərdoğandan İlham Əliyev və Paşinyan açıqlaması – VİDEO

Türkiyənin "Haber Global” kanalı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərilə bağlı verdiyi şərhə diqqət çəkib.

Bununla bağlı telekanalın efirində yayımlananın videomaterialda Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə danışdıqdan sonra məsələ ilə bağlı addımlar atılacağını bildirdiyi vurğulanıb.

Həmçinin, Türkiyə Prezidentinin açıqlamalarına əsasən, qeyd olunub ki, dövlət başçısının Praqada keçirilən Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü baş tuta bilər.

Daha ətraflı "Haber Global”ın videomaterialında: