Şəhid Səbuhi Əhmədovun əziz xatirəsi yad olundu

Gündəm / Sosial
22-09-2022, 15:31
 
Şəhid Səbuhi Əhmədovun əziz xatirəsi yad olundu

Təzə Pir Məscidində Şəhid Səbuhi Əhmədovun 7 mərasimi keçirilib.

Mərasim "Könül də Nur" Kimsəsizlərə dəstək içtimai birliyi, Sevgi kimsəsiz uşaqlar evinin rəhbəri Könül Qasımova və Gücümüz Birliyimizdir  təşkilatının rəhbəri Sahibə Məmmədli təşlilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycan Respublikası  Milli Məclisin üzvləri, Millət Vəkilləri Aydın Mirzəzadə, Aydın Hüseynov, Aqil Abbas da Şəhid Səbuhi Əhmədovun timsalında bütün şəhidlərin ruhuna dərin hüznlə başsağlıqlarını bildirdilər.

 Mərasimdə Respublika Qadınlar cəmiyyətinin rəhbəri Bahar xanım, Millət Vəkili Fəzail Ağamalının müşaviri Günay Ağamalı, Space Tv- in aparıcısı Amil Xəlil, Vəkil Loğman Abdullayev, Xalq artisti Şeyx Əbdül, Din xadimi Hacı Rəhim  Dərviş, ilahiyyatçı Seyyid Peyman Boradigahi, jurnalist Rəsmiyyə Aydın qızı, E Media Group təşkilatının sədri Elşən Əliyev, məhrumun  qardaşı, Şəhid ailələri və Qazilər iştirak etdilər. Mərasimin təşkilatçısı - tele-redaktor Lalə Qəzənfər.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər olub( 80 şəhid).

Gizir Səbuhi Əhmədov 13 sentyabr 2022-ci il tarixdə – 25 yaşında, Ermənistanla sərhəddə döyüş meydanında qəhrəmancasına həlak olub.
14 sentyabr 2022-ci il tarixdə Bakıda İkinci Şəhidlər Xiyabanında dəfn edilib.

 O,Vətən müharibəsinin iştirakçısı olub və "Cəsur döyüşçü” medalı ilə təltif olub.

Səbuhi 21 dekabr 1996-cı ildə Şəkidə  doğulub. Ailədə iki qardaş olublar. Kiçik yaşlarında anaları vəfat edib və uşaqlar uşaq evində böyüyüblər.

Şəhid Bakı şəhər 269 saylı tam orta məktəbində və Bakı Qida Sənayesi Kollecində təhsil alıb.

Ruhu şad olsun!Şəhid Səbuhi Əhmədovun əziz xatirəsi yad olundu