FTX qaz kəmərini partlatmaq istəyən şəxsi SAXLADI

Gündəm / İdman
22-09-2022, 12:57
FTX qaz kəmərini partlatmaq istəyən şəxsi SAXLADI

Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi (CSP) Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) agenti tərəfindən Türkiyə və Avropanı enerji ilə təmin edən qaz kəmərində terror aktının qarşısının alındığını elan edib.

Bu barədə TASS məlumat yayıb. 

"Federal Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanlarının Türkiyə və Avropanı enerji ilə təmin edən neft-qaz kompleksinin obyektində təxribat və terror aktı törətmək cəhdinin qarşısını alıb”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, planlaşdırılmış terror aktını törədən şəxs anbardan iki yüksək güclü əldəqayırma partlayıcı qurğunun götürülməsi zamanı saxlanılıb. O, 1978-ci il təvəllüdlü Rusiya vətəndaşıdır, SBU tərəfindən Ukraynada işə götürülüb.

Eyni zamanda, Ukrayna xüsusi xidmət orqanlarının şərikləri olan Rusiya Federasiyasının dörd vətəndaşı da saxlanılıb. 

Şəxslər barəsində cinayət işi açılıb.