Bakıda ödənişli xidmətlərin dəyəri artıb

Gündəm / Dünya
9-08-2022, 14:32
Bakıda ödənişli xidmətlərin dəyəri artıb

Bu ilin yanvar-iyun aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,0 faiz artaraq 2 495,9 milyon manat olub.

Bakı Statistika İdarəsindən verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2 404,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 96,4 faizini təşkil edib.