Azərbaycanda iki vəzifəli şəxs nöqsanlara görə İŞDƏN ÇIXARILDI

Gündəm / Sosial
9-08-2022, 09:44
Azərbaycanda iki vəzifəli şəxs nöqsanlara görə İŞDƏN ÇIXARILDI

"Azəristiliktəchizat" ASC-nin Bakı şəhəri 7 saylı və Gəncə şəhəri İstilik Sistemləri İstismar Sahələrinin rəisləri tutduqları vəzifələrdən azad ediliblər.

Xeberekspress.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, buna səbəb onların 2022-2023-cü illər payız qış mövsümünə hazırlıq tədbirlərinin lazımi səviyyədə icra etməməsidir.


Bundan başqa, səhmdar cəmiyyətdə müxtəlif vəzifələr tutan 4 nəfərə axırıncı xəbərdarlıqla töhmət elan edilib.