"Azərbaycan və Türkiyənin nail olacağı çox hədəf var" - Ceyhun Bayramov

Gündəm / Siyasət
8-08-2022, 20:18
"Azərbaycan və Türkiyənin nail olacağı çox hədəf var" - Ceyhun Bayramov

Xarici siyasət və diplomatiya sahəsində Azərbaycanla Türkiyə Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət” və Qazi Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyimləri əsasında inkişaf edir.

Bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
O qeyd edib ki, Türkiyənin Azərbaycanı İkinci Qarabağ müharibəsində dəstəkələməsi onun doğru və haqqın yanında durduğunun təzahürü idi.

Nazir əlavə edib ki, iki ölkənin hələ gedəcək yolu, nail olacağı hədəfləri var:

"Təəssüflə qeyd edim ki, son illər beynəlxalq hüquq və normaların icraatında ciddi çatışmazlıqlar var. Beynəlxalq hüquq və normalara, qəbul edilən qərarlara zidd olaraq, 30 il əraziləri işğal altında olan dövlətin təmsilçisi kimi deyə bilərəm ki, beynəlxalq hüquqa riayət olunmada zəifliklər mövcud beynəlxalq sistemə etimadı sarsıdan birinci və ən əsas amildir”.