Vətən müharibəsi şəhidinin doğum günü qeyd olundu.

Gündəm / Sosial
6-08-2022, 14:40
 
Vətən müharibəsi şəhidinin doğum günü qeyd olundu.

Avqustun 5-də Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində "Dostluq” Mədəniyyət evinin təşkil etdiyi Vətən müharibəsi şəhidi Xüsusi Təyinatlı Dəstənin giziri Emil Vaqif oğlu İsgəndərovun mövlud günü ilə əlaqədar "Şəhidlik ən uca addır” adlı tematik gecə keçirilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə, Sumqayıt şəhər Cümə məscidinin axundu Hacı Rauf Sərdarov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı, "Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova və yaxın qohumları iştirak ediblər.                               
Əvvəlcə torpağımız uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Aparıcılar şəhid Emil İsgəndərov  haqqında ətraflı məlumat veriblər və videoçarx nümayiş olunub. Çıxış üçün söz Tərlan Hacızadəyə, Hacı Rauf Sərdarova, Ceyran Həsənovaya və digər qonaqlara verilib. Onlar da öz növbəsində ən müqəddəs zirvə olan şəhidlik zirvəsinə ucalan igidlərimizin hər biri ilə qürur duyduqlarını bildiriblər. 
Tədbirin bədii hissəsində Şəhid Emil İsgəndərova həsr olunan səhnə canlandırılıb. "Qönçə” xor kollektivi və bədii özfəaliyyət kollektivinin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.  
Sonda Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyevin adından Ceyran Həsənova şəhidin anası Tənzilə xanıma gül dəstəsi təqdim edib. Şəhid atası Vaqif İsgəndərov çıxış edərək, ilk növbədə ölkə başçısına, şəhid ailələrinə həmçinin qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib.

Müəllif: Lalə Əlimirzəyeva
XeberEkspress.az