Putin Qarabağa görə Təhlükəsizlik Şurasını TOPLADI
Gündəm / Sosial
4-08-2022, 16:31

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ müşavirə keçirib.
Azadmeda.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət müzakirə edilib. Üçtərəfli müqavilənin bütün müddəalarının yerinə yetirilməsinin təkidli zəruriliyi vurğulanıb”, - Peskov qeyd edib.