Peskovdan Qarabağdakı vəziyyətlə bağlı AÇIQLAMA

Gündəm / Sosial
4-08-2022, 15:58
Peskovdan Qarabağdakı vəziyyətlə bağlı AÇIQLAMA

Kremldə Qarabağdakı gərginlikdən dolayı narahatdır və tərəfləri sakitliyə və üçtərəfli razılaşmaların icrasına çağırır.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

O, sabah Soçidə keçiriləcək Putin-Ərdoğan görüşündə bu məsələnin müzakirə olunacağını istisna etməyib.

Peskov Paşinyanın "bölgədəki Rusiya sülhməramlı kontingentinin fəaliyyətinin müəyyən suallar doğurduğunu” dair fikrinə də münasibət bildirib.

"Ermənistanla müxtəlif səviyyələrdə mövcud olan sıx əlaqələr İrəvanın Qarabağdakı Rusiya sülhməramlılarının işi ilə bağlı suallarını aydınlaşdırmağa yardım edir", - Peskov əlavə edib.