Akardan İsveç və Finlandiyaya XƏBƏRDARLIQ

Gündəm / Dünya
1-08-2022, 13:04
Akardan İsveç və Finlandiyaya XƏBƏRDARLIQ

"Biz Alyansa problem yaratmırıq. NATO-nun açıq qapı siyasətinin əleyhinə deyilik. Amma biz Alyansın genişlənməsinin üzv ölkələrin təhlükəsizliyinin nəzərə alınaraq baş verməsini istəyirik. NATO təhlükəsizlik təşkilatıdır". 

Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar NTV kanalına açıqlamasında deyib.

"Əsas vəzifələrindən biri terrorla mübarizədir. Terrorla mübarizə aparılmasa, əksinə, onlara dəstək verilsə, İsveçlə Finlandiya bunu necə izah edəcək? Madriddə əldə olunan razılıq yaxşı başlanğıcdır, amma son deyil. Biz mövqeyimizi dəyişməmişik. FETÖ, PKK və digər terror təşkilatlarına qarşı mübarizə aparılarsa, biz həmin ölkələrin üzvlüyünə etiraz etmərik. Əks halda isə razılaşmanı təsdiqləməyəcəyik", - o bildirib.