Əli Əsədov Gürcüstanın Baş nazirinə başsağlığı verib

Gündəm / Siyasət
30-07-2022, 12:43
Əli Əsədov Gürcüstanın Baş nazirinə başsağlığı verib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə  Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Baş nazir Ə.Əsədov Gürcüstanın Qudauri bölgəsində baş vermiş helikopter qəzası nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini bildirib, faciə ilə əlaqədar Baş nazir İ.Qaribaşviliyə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.