Müəllimlərin sertifikasiyasının test mərhələsinə BAŞLANILIR

Gündəm / Mədəniyyət
30-07-2022, 10:41
Müəllimlərin sertifikasiyasının test mərhələsinə BAŞLANILIR

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi ilə bağlı məlumat açıqlanıb.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən  bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırılması qaydalarının tələblərinə uyğun olaraq test imtahanı ilə bağlı məlumat 1 ay öncədən iştirakçıların şəxsi kabinetinə göndərilib.

"Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, "Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatla tanış ola bilərlər" - deyə məlumatda bildirilib.

Qeyd edək ki, ilkin mərhələdə ibtidai sinif müəllimləri sertifikasiyaya cəlb olunacaq. Növbəti mərhələdə isə buraxılış fənn müəllimlərinin sertifikatlaşdırılmasına başlanılacağı gözlənilir.