Balakəndə ağır qəza - 2 nəfər öldü

Gündəm / Hadisə
25-06-2022, 12:00
Balakəndə ağır qəza - 2 nəfər öldü

Balakəndə 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün gecə saat 01:00 radələrində rayonun Talalar kəndi ərazisində qeydə alınıb.

Şəhər sakini Kamran Əhmədovun idarə etdiyi "Ford Transit” markalı avtomobillə Gürcüstan Respublikası vətəndaşı Elnur Vəliyevin idarə etdiyi "VAZ-2103” toqquşub. Nəticədə "Ford”un sürücüsü K.Əhmədov və sərnişini Rəfiqə Eminova, eləcə də "VAZ”ın sürücüsü E.Vəliyev və sərnişinləri, Şambul kənd sakinləri Şahin Mustafayevlə Nurlan Musayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

"VAZ" avtomobilindəki digər iki sərnişin, 1996-cı il təvəllüdlü İbrahim Musayev və 1974-cü il təvəllüdlü İlqar Əhmədov isə hadisə nəticəsində almış olduqları ağır xəsarətlərdən vəfat ediblər.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanılıb.