Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Gündəm / Sosial
24-06-2022, 18:15
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyunun 26-sı axşamdan 30-dək şimal-qərb küləyi arabir 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-28 m/s olacaq.

Bu barədə Milli Hidrometetorologiya Xidmətindən məlumat verilib. İyunun 29-dək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir.

Qərb küləyi arabir 15-20 m/s, 26-sı axşamdan 30-dək ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimal olunur.