Buzovna çimərliyi yenidən hasarlandı - VİDEO

Gündəm / Video
8-06-2022, 10:57
Buzovna çimərliyi yenidən hasarlandı - VİDEO

Çimərlik mövsümün başlanmasına az qalıb, lakin Xəzər dənizinin Buzovna çimərliyindəki müəyyən hissə hasara alınıb. Dəniz kənarında dincəlmək üçün sakinlər hasarları aşmaq üçün müəyyən kilometr yol qət etməli olacaqlar.

Xeberekspress.az xəbər verir ki, məsələ ilə bağlı ARB24 süjet hazırlayıb.

Bildirilib ki, məsələ ilə bağlı Xəzər rayon İcra Hakimiyyətinə müraciət etsələr də, qurumdan hadisədən xəbərdar olunduqlarını, icazənin onların deyil, Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) verdiyi qeyd edilib.

BŞİH isə ərazinin Xəzər rayon İcra Hakimiyyətinin balansında olduğunu əlavə edib.

Qeyd edək ki, daha əvvəl də Xəzər rayon ərazisində torpaq sahələri qanunsuz zəbt edilmişdi. Vətəndaşların şikayətindən sonra hasarlar sökülmüşdü.