Azərbaycanda polis özünü GÜLLƏLƏDİ

Gündəm / Hadisə
13-05-2022, 14:57
Azərbaycanda polis özünü GÜLLƏLƏDİ

Mayın 13-də Füzuli rayon Polis Şöbəsinin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.