Qobustan rayonunda şəhidin xatirəsinə ehtiram - bulaq istifadəyə verilib

Gündəm / Sosial
11-05-2022, 20:30


Bu Gün XeberEkspress.az saytı Qobusatan Rayonunda  Şəhid Sərxan Eldar oğlu Hacıyevin Bulaq Açılışında iştirak etdi ..

 Şəhid Sərxan Hacıyev Eldar oğlu 1990-cı il iyulun 8-də
Qobustan şəhərində anadan olmuşdur
Əslən qədim Borçalı mahalının Başkeçid elindəki
(indiki Gürcüstanın Dmanisi rayonundakı)
Qızılkilsə kəndindən idi.

Sərxan Hacıyev Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib,
"MAXE” kimi xidmət göstərib, igidliklə döyüşüb.

Təəssüflər olsun ki, 2020-ci il oktyabrın 23-də Füzuli uğrunda gedən doyüşlərdə qəlpə yarası alıb və qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.