Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb.

Gündəm / Sosial
10-05-2022, 17:06
 
Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb.

 Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü Sumqayıt şəhərində qeyd olunub.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkili Tahir Mirkişili, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək, önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Tədbir iştirakçıları Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar.
Vurğulanıb ki, şəhərin sosial-iqtisadi inkişafında, əhalinin yaşayışının, güzəranının yaxşılaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu öndər ölkəmizə rəhbərliyi dövründə Sumqayıta 16 dəfə səfər edib və hər səfəri şəhərin tarixində mühüm hadisələrlə yadda qalıb. Sumqayıtın inkişafı və şəhər kimi formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Sumqayıt Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə sürətli inkişaf yolu keçərək ölkəmizin aparıcı sənaye mərkəzlərindən birinə çevrilib.
Qeyd olunub ki, bu gün Prezident İlham Əliyev tərəfindən də eyni münasibət, eyni siyasət davam edir. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində şəhərin sürətli inkişafı təmin olunub, Sumqayıt sənaye mərkəzi kimi vaxtilə qazandığı şöhrətini yenidən bərpa edib.

Müəllif: Lalə Əlimirzəyeva
XeberEkspress.az