Ərdoğan Kılıçdaroğlunu məhkəməyə VERDİ - FOTO
Gündəm / Dünya
4-04-2022, 16:41

Türkkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.
Xeberekspress.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğan Kılıçdaroğluna martın 22-də qrup toplantısında etdiyi çıxış və sosial media hesabında paylaşdığı paylaşımla bağlı "şəxsi hüquqlarını pozmaq” səbəbi ilə 1 milyon lirə mənəvi təzminat iddiası qaldırıb.
Bildirək ki, CHP sədri Kamal Kılıçdaroğlu ötən günlərdə sosial media hesabında prezident Ərdoğanla bağlı sərt paylaşım etmişdi.
