Milli Məclisin komitələri bu mövzuda dinləmələr keçirəcək - SİYAHI

Gündəm / Siyasət
26-01-2022, 17:52
Milli Məclisin komitələri bu mövzuda dinləmələr keçirəcək - SİYAHI
Yanvarın 18-dən etibarən Milli Məclisin komitələrinin iclası başlayıb. Komitələr yaz sessiyası üçün iş planını müzakirə edərək təsdiqləyiblər. Bu sessiyada bir neçə komitədə dinləmələrin keçirilməsi nəzərdə tutulub. 

Xeberekspress.az komitələrdə nəzərdə tutulan dinləmələri təqdim edir:

Səhiyyə komitəsində "Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri”, "Optika və optikaçılıq”, "Ürək və qan dövranı çatışmazlığı xəstəlikləri” və "Tibbi tullantıların idarə olunması” mövzularında dinləmələrin keçirilməsi nəzərdə tutulub. 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sessiya ərzində sahibkarlarla, qeyri-hökumət təşkilatlarının nümayəndələrilə bir sıra görüşlərin, ictimai dinləmələrin keçirilməsini  planlaşdırılıb.

Əmək və sosial siyasət komitəsi "Əmək pensiyaları sahəsində aparılan islahatlar: nəticələr, çətinliklər və perspektivlər” mövzusunda və "Tütün istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası vəziyyəti barədə dinləmələr keçirəcək. 

Regional məsələlər komitəsi aidiyyəti qurumların, yerli idarəetmə orqanlarının nümayəndələrinin iştirakı ilə dinləmələrin keçirilməsini nəzərdə tutub.

Ailə, qadın və uşaq məsələləri komitəsi, İnsan hüquqları komitəsi və Mədəniyyət komitəsi də dinləmələr keçirəcək.