Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi - VİDEO

Gündəm / Video
21-01-2022, 10:09
Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi - VİDEO
Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər  rayonunda yeni istifadəyə verilən modul tipli infrastrukturla tanış olub.

Müdafiə Nazirliyindən  bildirilib ki, hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə yataqxana, yeməkxana, ərzaq anbarı, silah otağı, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb. 

General-leytenant N.Osmanov dövlət sərhədində sərt iqlim şəraitində döyüş növbətçiliyi aparan şəxsi heyətin maddi-texniki təminatı ilə maraqlanıb, onlara xidmətlərində uğurlar arzulayıb.