"Rusiya ilə müharibədə Ukraynaya dəstək verəcəyik" - NATO

Gündəm / Dünya
14-01-2022, 11:20 31
"Rusiya ilə müharibədə Ukraynaya dəstək verəcəyik" - NATO
NATO Rusiya-Ukrayna sərhədində vəziyyətin gərginləşəcəyi təqdirdə Ukraynaya dəstək verməyə hazır olacaq, lakin alyansın öhdəlikləri yalnız üzv ölkələrin müdafiəsi ilə bağlıdır.

Azadmedia.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq danışıb. 

"Ukrayna çox dəyərli tərəfdaşdır. Biz ona özünümüdafiə kimi fundamental hüquq ilə kömək edirik. Biz dəstək veririk, xüsusən də ABŞ, Böyük Britaniya və Türkiyəni avadanlıq və təlimlə təmin edirik. Lakin Kiyev NATO müttəfiqi deyil. Qorumaq öhdəliyi yalnız müttəfiqlərə aiddir", - Stoltenberq İtaliyanın la Repubblica qəzetinə müsahibəsində bildirib.

NATO-nun vəziyyətin gərginləşəcəyi təqdirdə "Şərqi Avropada müharibəyə başlamağa” məcbur olub-olmayacağı ilə bağlı sualı cavablandıran alyans rəhbəri bildirib ki, belə bir vəziyyət Rusiya üçün strateji səhv olacaq və siyasi, iqtisadi baxımdan ciddi nəticələrə səbəb olacaq: "Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik və biz bilirik ki, Kiyev 2014-cü illə müqayisədə indi özünü müdafiə etmək iqtidarındadır. Onun qüvvələri daha yaxşı hazırlanıb və daha yaxşı təchiz olunub. Onda təbii ki, mövcudluğumuzu təmin etmək üçün lazım olan hər şeyi edəcəyik.