Deputatlar gələn həftə tətildən qayıdır

Gündəm / Siyasət
10-01-2022, 15:06
Deputatlar gələn həftə tətildən qayıdır

Azərbaycan Milli Məclisinin deputatları gələn həftə tətildən qayıdacaqlar.

Yanvarın 17-dən etibarən komitə iclasları başlayır.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Bu il fevralın 1-i çərşənbə axşamına düşdüyündən parlamentin yaz sessiyasının ilk plenar iclası məhz həmin tarixdə keçiriləcək.