“Azərişıq”ın göstərdiyi xidmətlər 5 ulduz aldı - VİDEO

Gündəm / Video
21-12-2021, 17:00
 
 

“Azərişıq”ın göstərdiyi xidmətlər 5 ulduz aldı - VİDEO

 

Ötən gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN Xidmət indeksi” üzrə aparılmış qiymətləndirmənin nəticələri ilə əlaqədar onlayn formatda görüş keçirilib.  

Xeberekspress.az xəbər verir ki, görüş zamanı 2021-ci ildə "Azərişıq" ASC kommunal xidmətlər göstərən qurumlar arasında ən yüksək nəticə göstərərək 83,61%-lə birinci yerə layiq görülüb.

Nəticələrdə 2020-ci ildə Səhmdar Cəmiyyətin göstərdiyi kommunal xidmətlər 45,31% qeyd  olunub. Bu isə qiymətləndirmə meyarlarına görə 3 ulduzla dəyərləndirilir. Builki göstəriciyə görə isə "Azərişıq” ASC-nin göstərdiyi xidmətlər 5 ulduza layiq görülüb.

Qeyd edək ki, builki qiymətləndirmədə kommunal xidmətlər göstərən "Azərsu” ASC 77,43%-lə 4 ulduza, "Azəristiliktəchizat” ASC 36,88%-lə 2 ulduza, "Azəriqaz” İB isə 22,10%-lə 2 ulduza layiq görülüb.