Daha 2 erməni hərbçinin qalıqları təhvil verildi
Gündəm / Dünya
14-10-2021, 20:20
Qarabağdakı döyüşlər zamanı ölən daha 2 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.
"Qafqazinfo" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, meyitlər Hadrutda aşkarlanıb.
Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1685-ə çatıb.
